“Azərişıq”dan yayılan elanlarla bağlı - Açıqlama

“Azərişıq”dan yayılan elanlarla bağlı
Oxunma sayı: 3432

"Azərişıq" son günlər elektrik enerjisinin borca görə dayandırılması haqqında yayılan elanlarla bağlı açıqlama verib.

"Qafqazinfo" xəbər verir ki, açıqlamada deyilir:

"Son günlər  sosial şəbəkələrdə və Bakı şəhəri Nizami və Yasamal rayonları ərazilərində -  “Abonentlərin nəzərinə xəbərdarlıq” – İstifadə olunan elektrik enerjisinin borcuna görə 23.03.2020 tarixdə saat 10.00-dan etibarən borclu abonentlərin elektrik enerji verilişi xəbərdarlıq edilmədən dayandırılacaq” -  ünvanı məlum olmayan elanlara rast gəlinir. Yayılan elanların “Azərişıq” ASC-yə heç bir aidiyyəti yoxdur, həqiqəti əks etdirmir və cəmiyyətdə çaşqınlıq yaradır.

 “Azərişıq” ASC tərəfindən aparılan yenidənqurma,təmir-tikinti,elanlar və s. işlər cəmiyyətin Mətbuat Xidməti vasitəsilə ictimaiyyətin diqqətinə çatdırılır və hazırda vətəndaşlara göstərilən bütün növ xidmətlər onlayn şəkildə davam etdirilir".


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi