“Azəristiliktəchizat”ın 1,3 milyon borcu ödənilib

azeristiliktechizatin-13-milyon-borcu-odenilib
Oxunma sayı: 759

“Azəriqaz” İstehsalat Birliyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək ona borclu olan “Azəristiliktəchizat” ASC-dən 1.324.792,91 manat məbləğində debitor borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınıb Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin hesabına köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, iddiaya hakim Səbinə Nuriyevanın sədrliyi ilə baxılıb.

Borclu olan “Azəristiliktəchizat” məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməyib.

“Azəriqaz”ın nümayəndəsi Fərid Həmidli isə məhkəməyə ərizə təqdim edərək, Nazirlər Kabinetinin 27.12.2018-ci il
tarixli 906 saylı sərəncamına əsasən, 01.11.2018-ci il tarixə “Azəristiliktəchizat”ın “Azəriqaz” İB-yə olan debitor borcu ödənildiyindən iddia tələbinin baxılmamış saxlanılması xahiş edib.

Məhkəmə onun ərizəsini təmin edib və iddia baxılmamaış saxlanılıb.

Murad Əhməd