“Qafqazinfo”nun məlumatına görə, birinci Avropa Oyunları zamanı görüntünün dünyanın 74 beynəlxalq yayım mərkəzinə çatdırılması "Azərkosmos"un operatoru olduğu "Azerspace-1"peyki üzərindən həyata keçirilib. Eyni zamanda, şirkət avarçəkmə yarışlarına ev sahibliyi edən Mingəçevirdən informasiyanı Bakıda yerləşən Beynəlxalq Yayım Mərkəzinə ötürmək üçün Avropa Oyunlarını peyk rabitəsi olan xüsusi avtomobillə təmin edib. "Azərkosmos" oyunların ən maraqlı anlarının Avropa, eləcə də dünyanın digər qitələrindəki milyardlarla televiziya tamaşaçısına yüksək keyfiyyətlə və fasiləsiz çatdırılmasında mühüm rol oynayıb.
Son xəbərlər
Son Xəbərlər