“Azərkosmos”un 10 illik gəliri açıqlandı

azerkosmosun-10-illik-geliri-aciqlandi
Oxunma sayı: 2876

“Verdiyimiz xidmətlər nəticəsində “Azərkosmos” 10 ildə 500 milyon manat gəlir əldə edib”. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Yerüstü Peyk İdarəetmə Mərkəzinə mediatur zamanı “Azərkosmos”un sədr müavini Dunay Bədirxanov bildirib.

O qeyd edib ki, bu xidmətlərin çox hissəsi xarici idxaldan formalaşıb: “42 ölkəyə xidmət göstəririk. Peykimiz üzərindən 5 dildə televiziyalar yayımlanır. Artıq universitetlərimizdə kosmik fakültələr fəaliyyət göstərir. Azərbaycan dünyada peyk xidmətləri verən ölkələrin siyahısındadır. İlk peyki idarə etmək üçün 80 mütəxəssis var idisə, artıq növbəti peyklərin istifadəyə verilməsi ilə yeni mütəxəssislər hazırlanmağa başlandı. Artıq “Azərikosmos”da 200-ə yaxın əməkdaş çalışır”.

Gülnar Əliyeva