"Azərpoçt" MMC-nin baş direktorunun səlahiyyətlərini müvəqqəti olaraq direktor müavini Sübhan Kazımov icra edir.
“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, S.Kazımov "Azərpoçt"da 2002-ci ildən işləyir. O əvvəlcə MMC-nin Texniki şöbəsinin müdiri vəzifəsində çalışıb. 2004-cü ilin iyulundan isə "Azərpoçt" MMC-nin baş direktorunun müavini vəzifəsini tutur.
Qeyd edək ki, S. Kazımov baş nazirin müavini Əli Əhmədovun bacısı oğludur.
***
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, "Azərpoçt" MMC-nin baş direktorunun səlahiyyətləri ilə bağlı hər hansı təyinat olmayıb və bu vazifə hələlik heç kimə həvalə edilməyib.
Son xəbərlər
Son Xəbərlər