“Azərreyl” birinci pillədə

azerreyl-birinci-pillede
Oxunma sayı: 950

Qadın voleybol komandaları arasında Azərbaycan Super Liqası yarışlarının XV turu çərçivəsində bir oyun keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Voleybol Mərkəzində “Azərreyl” komandası “Gənclik” klubu ilə qarşılaşıb. Görüş Çempionlar Liqası yarışlarında mübarizə aparan təmsilçimiz “Azərreyl” komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabındakı xalların sayını 22-yə çatdıran “Azərreyl” turnir cədvəlinin birinci pilləsinə yüksəlib. “Telekom” komandası 20 xalla ikinci, “Lokomotiv” isə 16 xalla üçüncü pillədə qərarlaşıb.