“Azərreyl”dən təmiz qələbə

azerreylden-temiz-qelebe
Oxunma sayı: 1041

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında növbəti oyunlar keçirilib.

“Qafqazinfo” xəbər verir ki, günün ilk matçında “Tbilisi” “Azərreyl”lə üz-üzə gəlib. “Dəmiryolçular”ın gürcülərə asanlıqla qalib gəlib.

"Tbilisi" - "Azərreyl" - 0:3;

Ardınca “Azəryol” “Lokomotiv”lə qarşılaşıb. Qarşılaşma ikincilərin qələbəsi ilə başa çatıb. “Lokomotiv” tay-brekdəki qələbə sayəsində oyunun taleyini həll edib.

"Azəryol" - "Lokomotiv" - 2:3.