“Azersky” gündə 6 milyon kvadrat kilometr ərazinin təsvirini verə bilir

azersky-gunde-6-milyon-kvadrat-kilometr-erazinin-tesvirini-vere-bilir
Oxunma sayı: 2173

“Azərbaycanın “Azersky” peyki gün ərzində 6 milyon kvadrat kilometr ərazinin təsvirini verə bilir. Həmin təsvirlərin emalında süni intellektdən istifadə oluna bilər. O təsvirlərin əllə emalı qeyri-mümkündür”.

“Qafqazinfo” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında RİNN  yanında Kosmik Agentliyin İdarə Heyətinin sədr müavini Dunay Bədirxanov deyib.

O bildirib ki, xüsusi məqsədlər üçün ayrılmış komanda onu yerinə yetirə bilər: “Ona görə də həmin məlumatların emalı üçün süni zəkadan istifadə yolları var. O sahədə araşdırmalarımız davam edir. Düşünürük ki, bu, gələcəkdə artacaq. Dövlət qurumlarını peyk təsvirlərini analiz etməsi üçün "web CİS" sistemi yaradılıb.Onlar onlayn coğrafi informasiya sistemləri vasitəsilə peyk görüntüləri üzərindən dinc məqsədlər üçün analizlər apara bilər”.

D. Bədirxanov əlavə edib ki, təqdim edilən təsvirlər ictimaiyyət üçün açıq deyil. Burada məqsəd operativ qaydada müştərilərə həmin təsvirləri çatdırmaqdır: ““Google map”dəki təsvirlər 6 ay-1 il öncəki təsvirlərdir. Amma bizdə belə təsvirlər operativ olaraq ötürülür. Həmin operativliyi təmin etmək üçün rəqəmsal üsullardan istifadə edirik”.

Gülnar Əliyeva