“Azərsu” 4 ay ərzində 305 anbar dezinfeksiya edib - Fotolar

azersu-4-ay-erzinde-305-anbar-dezinfeksiya-edib
Oxunma sayı: 1236

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti 2022-ci ilin yanvar-aprel aylarında  ümumi  həcmi 490 min kubmetr olan 305 mərkəzi və məhəllədaxili anbar yuyaraq təmizləyib və dezinfeksiya edib.

“Qafqazinfo” xəbər verir ki, ümumilikdə, 2022-ci ildə Bakı şəhəri və Abşeron yarımadasında, həmçinin regionlarda  ümumi həcmi 1 milyon kubmetrdən çox olan  870 anbarın yuyulub təmizlənməsi nəzərdə tutulur.

“Azərsu” ASC-nin balansında olmayan və mənzil-tikinti kooperativlərinə (MTK) məxsus su anbarları da ildə ən azı bir dəfə yuyulub təmizlənməlidir. Bununla bağlı MTK rəhbərləri məlumatlandırılır, əhaliyə verilən içməli suyun təhlükəsizliyi üçün anbarların yuyulub-təmizlənməsinin zəruri olduğu onların diqqətinə çatdırılır. 

MTK-lar su anbarlarının yuyulub təmizlənməsi üçün bu sahədə ixtisaslaşmış təşkilatlara və ya “Azərsu” ASC-nin yerli sukanal idarələrinə müraciət edə bilər. Anbarların yuyulması tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq kooperativlərin vəsaiti hesabına həyata keçirilir. Yuyulub-təmizləndikdən sonra anbarların istismarına Gigiyena və epidemiologiya mərkəzlərinin rəyi əsasında icazə verilir.