“Azərsu” əməkdaşı iş başında öldü

azersu-emekdasi-is-basinda-oldu
Oxunma sayı: 4364

“Azərsu” ASC-nin əməkdaşı iş başında ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Göygöl rayonunda qeydə alınıb.

Rayon Su Kanal idarəsinin 1983-cü il təvəllüdlü əməkdaşı S.Hüseynovun səhhəti qəfil pişləşib. Xəstəxanaya çatdırılmasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, S.Hüseynov ürək xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı araşdırma aparılır.

Amin Nəzərli