“Azərsu” gücləndirilmiş iş rejimində çalışacaq

azersu-guclendirilmis-is-rejiminde-calisacaq
Oxunma sayı: 952

Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərinə uyğun olaraq Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində “Azərsu” ASC tam gücləndirilmiş iş rejimində çalışacaq. ​

Qurumdan “Qafqazinfo”ya verilən məlumata görə, əhalinin dayanıqlı və təhlükəsiz içməli su ilə təminatı məqsədilə Cəmiyyətdə sədr müavinləri, department və şöbə rəisləri səviyyəsində növbətçilik cədvəli təsdiq olunub və qeyri-iş günlərində həm mərkəzi idarə aparatında, həm də yerli sukanal idarələri və sahələrində 24 saatlıq növbətçilik təmin olunacaq. 

Tabeli təşkilatlarda iş ahənginin pozulmaması şərtilə işçilərin işə çıxmasına məhdudiyyətlər qoyulacaq. 60 yaşdan yuxarı şəxslər və öhdəsində azyaşlı uşağı olan qadınlar, soyuqdəymə, halsızlıq və digər bu kimi hallar müşahidə edilən işçilər işə cəlb edilməyəcək.

955 Zəng mərkəzi bayram günlərində vətəndaşların müraciətlərini fasiləsiz qəbul edəcək, Cəmiyyətin facebook səhifəsindən edilən hər bir müraciət nəzarətə götürüləcək. Qəza, metrologiya xidmətlərinin fasiləsiz və  operativ fəaliyyəti təmin ediləcək.