“Azərsu” günün sonunadək problemi həll edəcək

azersu-gunun-sonunadek-problemi-hell-edecek
Oxunma sayı: 1981

Su anbarlarında və su təmizləyici qurğuların fəaliyyətində gərginlik tam bərpa olunub.

“Qafqazinfo” bu barədə “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Azərtac-a deyib. O bildirib ki, Ceyranbatan su anbarı tam gücü ilə fəaliyyət göstərir. Maştağa, 41 və 82 Şərq su anbarları da şəbəkəyə qoşulub və xətlərə suyun verilməsinə başlanılıb. Kür çayındakı və Oğuz-Qəbələ xəttindəki su təmizləyici qurğuları da fəaliyyət göstərir. Günün sonunadək sakinlərə suyun verilməsində sabitlik yaranacaq.