“Azərsu” ingilis dilini bilən işçi axtarır

“Azərsu” ingilis dilini bilən işçi axtarır
Oxunma sayı: 2344

Ölkənin regionlarında və Bakı şəhərində bu layihələrin bir hissəsi Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Almaniyanın KFW bankı, İsveçrənin SECO təşkilatı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi və Səudiyyə İnkişaf Fondundan cəlb olunmuş kredit və qrant hesabına reallaşdırılır. “Azərsu” ASC beynəlxalq maliyyə qurumları ilə birgə həyata keçirilən layihələrin uğurla icrası üçün hidrotexniki qurğuların layihələndirilməsi və tikintisi sahəsində ixtisaslaşmış, ingilis dilini bilən ali təhsilli Azərbaycan Respublikası vətəndaşlarının işə qəbulunu elan edir.

Maraqlananlar şəxsi məlumatlarını (CV) [email protected] e-mail ünvanına göndərə bilərlər. Əlavə məlumat üçün əlaqə telefonu (012) 431-49-77.

Nigar Məmmədli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi