“Azərsu” rəhbərliyi Göygöldə vətəndaşları qəbul etdi - Fotolar

azersu-rehberliyi-goygolde-vetendaslari-qebul-etdi
Oxunma sayı: 1232

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Köçərli Həsənov Göygöl şəhərində Göygöl və Daşkəsən rayonlarından olan vətəndaşları qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, qəbuldan əvvəl “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov və Göygöl Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Turani Əliyev ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Göygöl şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Göygöl və Daşkəsən rayonlarından 46 nəfər iştirak edib. Vətəndaşların müraciətləri içməli su təchizatı və tullantı sularının axıdılması xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı olub.

Hər bir vətəndaşı dinləyən “Azərsu” ASC-nin sədr müavini K.Həsənov müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırmaya ehtiyac olan müraciətlər nəzarətə götürülüb.