“Azərsu” rəhbərliyi Salyanda qəbul keçirəcək

azersu-rehberliyi-salyanda-qebul-kecirecek
Oxunma sayı: 1226

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Köçərli Həsənov yanvarın 27-də Salyan şəhərində Salyan və Neftçala sakinlərini qəbul edəcək.

“Qafqazinfo” xəbər verir ki, qəbul saat 10:00-dan başlayaraq Salyan Rayon İcra Hakimiyyətinin binasında keçiriləcək. Qəbulda sakinlərin aidiyyəti üzrə müraciətləri dinləniləcək.

Vətəndaşlar qəbul üçün Salyan və Neftçala Sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və [email protected] elektron poçtu vasitəsilə ilə “Azərsu” ASC-yə müraciət edə bilərlər.