“Azərsu” rəhbərliyi Salyanda vətəndaş qəbulu keçirdi - Fotolar

azersu-rehberliyi-salyanda-vetendas-qebulu-kecirdi
Oxunma sayı: 1360

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədrinin birinci müavini Teyyub Cabbarov Salyan şəhərində Salyan, Neftçala rayonlarından olan vətəndaşları qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, qəbuldan əvvəl “Azərsu” ASC-nin sədrinin birinci müavini Teyyub Cabbarov və Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstəsi düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Salyan şəhəri Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Salyan və Neftçala rayonlarından olan 28 nəfər iştirak edib. Vətəndaşların müraciətləri içməli su təchizatı və tullantı sularının axıdılması xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı olub.

Müraciətlərin araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.