“Azərsu” rəhbərliyi vətəndaş qəbulu keçirəcək

azersu-rehberliyi-vetendas-qebulu-kecirecek
Oxunma sayı: 1682

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov 24 fevralda Şabran şəhərində Şabran və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcək. 

“Qafqazinfo” xəbər verir ki, 25 fevralda “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov Qusar şəhərində Qusar və Quba rayonlarının sakinləri ilə görüşəcək. 28 fevralda isə “Azərsu” ASC sədrinin müavini Etibar Məmmədov Xaçmaz rayonunun sakinlərini qəbul edəcək.

Qəbullar Şabran şəhərindəki Heydər Əliyev Mərkəzində, Qusar və Xaçmaz Sukanal Sahələrinin inzibati binalarında keçiriləcək. Qəbullarda sakinlərin içməli su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbul üçün Şabran, Siyəzən, Qusar, Quba və Xaçmaz rayon Sukanal Sahələrinə, həmçinin 431-47-67 (daxili 1050) nömrəsi ilə “Azərsu” ASC-yə və [email protected] elektron poçtu vasitəsilə müraciət edə bilərlər.