“Azərsu” rəhbərliyi vətəndaşları qəbul etdi - Fotolar

azersu-rehberliyi-vetendaslari-qebul-etdi
Oxunma sayı: 1332

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Köçərli Həsənov sentyabrın 28-də Masallı şəhərində Masallı və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, qəbuldan əvvəl “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov və Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstəsi düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Masallı şəhəri Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Masallı və Yardımlı rayonlarından 46 nəfər iştirak edib. Vətəndaşların müraciətləri içməli su təchizatı və tullantı sularının axıdılması xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı olub. Müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.