“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov 14 iyunda Quba şəhərində Quba və Qusar rayonlarından olan vətəndaşları qəbul edəcək.
“Qafqazinfo” xəbər verir ki, 7 iyunda isə “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov Xaçmaz şəhərində sakinlərlə görüşəcək. 18 iyunda Şabran şəhərində keçiriləcək qəbulda “Azərsu” ASC sədrinin müavini Etibar Məmmədov Şabran və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbullar Quba, Xaçmaz və Şabran rayon sukanal sahələrinin inzibati binalarında keçiriləcək. Qəbullarda sakinlərin içməli su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı müraciətlərinə baxılacaq.
Vətəndaşlar qəbul üçün Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili 1050) nömrəsi ilə “Azərsu” ASC-yə və [email protected] elektron poçtu vasitəsilə müraciət edə bilərlər.
Son xəbərlər
Son Xəbərlər