“Azərsu” rəsmiləri vətəndaşları qəbul etdi

azersu-resmileri-vetendaslari-qebul-etdi
Oxunma sayı: 1806

Dekabrın 13-də “Azərsu” ASC-nin sədrinin birinci müavini Teyyub Cabbarov Sabirabad şəhərində Sabirabad və Saatlı, sədr müavini Etibar Məmmədov isə Salyan şəhərində Salyan və Neftçala rayonlarından olan sakinlərlə görüşüb. Qəbullardan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub.

"Qafqazinfo"ya daxil olan məlumata görə, qəbullarda Sabirabad, Saatlı, Salyan və Neftçala rayonlarından 35 vətəndaşın müraciət və şikayətlərinə baxılıb. Müraciətlər içməli su təchizatı və kanalizasiya, işə qəbul və digər məsələlərlə bağlı olub. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.