“Azərsu” sədri daha bir qəbul keçirdi - Fotolar

azersu-sedri-daha-bir-qebul-kecirdi
Oxunma sayı: 1011

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Şabran şəhərində Şabran və Siyəzən rayonlarının sakinlərini qəbul edib.

“Qafqazinfo”nun məlumatına görə, qəbuldan əvvəl sədr Qorxmaz Hüseynov və Şabran Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mehdi Balabəyov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.

Şabran şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Şabran və Siyəzən rayonlarından olan 69 nəfər iştirak edib. Vətəndaşların müraciətləri içməli su təchizatı və kanalizasiya xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı olub.

Hər bir vətəndaşı dinləyən “Azərsu” ASC-nin sədri müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib.