“Azərsu” sədri ilə görüş vaxtı dəyişdirildi

azersu-sedri-ile-gorus-vaxti-deyisdirildi
Oxunma sayı: 1800

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti rəhbərliyinin mart ayı üçün nəzərdə tutulan qəbul günlərinin tarixi dəyişdirilib.

Qurumdan “Qafqazinfo”ya daxil olan məlumata görə, dəyişikliyə əsasən, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Horadiz şəhərində Füzuli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakinlərini martın 31-də qəbul edəcək.

Sədrin birinci müavini Teyyub Cabbarovun Beyləqan və Xocavənd, sədr müavini Etibar Məmmədovun İmişli rayonunun sakinləri ilə görüşləri martın 30-da keçiriləcək.

Vətəndaşlar qəbul üçün Füzuli, Beyləqan, Xocavənd və İmişli rayon Sukanal Sahələrinə, həmçinin 431-47-67 (daxili 1050) nömrəsi ilə “Azərsu” ASC-yə və [email protected] elektron poçtu vasitəsilə müraciət edə bilərlər.