“Azərsu” sədri Şamaxıda qəbul keçirəcək

azersu-sedri-samaxida-qebul-kecirecek
Oxunma sayı: 1276

Mərkəzi İcra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov aprelin 16-da saat 11:00-da Şamaxı şəhərində vətəndaşları qəbul edəcək. 

“Qafqazinfo”nun məlumatına görə, qəbul Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda Şamaxı, Qobustan, Ağsu, İsmayıllı rayonlarında yaşayan vətəndaşların içməli su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbul üçün Şamaxı, Ağsu, Qobustan və İsmayıllı sukanal sahələrinə, həmçinin “Azərsu” ASC-nin 431-47-67 (daxili 1050) nömrəsi və [email protected] elektron poçtu vasitəsilə müraciət edə bilərlər.