“Azərsu” sədri vətəndaşları qəbul edəcək

azersu-sedri-vetendaslari-qebul-edecek
Oxunma sayı: 796

“Azərsu” ASC-nin rəhbərliyi Beyləqan, Füzuli və İmişli şəhərlərində vətəndaşları qəbul edəcək.

“Qafqazinfo” xəbər verir ki, sədr Qorxmaz Hüseynov 17 may tarixində Beyləqan şəhərində Beyləqan və Xocavənd rayonundan olan sakinləri, sədr müavinləri isə Füzuli və İmişli şəhərlərində sakinləri qəbul edəcək.

Qəbullar Beyləqan, Füzuli və İmişli Sukanal sahələrinin inzibati binalarında keçiriləcək. Qəbulda sakinlərin içməli su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı müraciətlərinə baxılacaq.