“Azərsu” sədrinin birinci müavini vətəndaşları qəbul etdi - Fotolar

azersu-sedrinin-birinci-muavini-vetendaslari-qebul-etdi
Oxunma sayı: 1427

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti sədrinin birinci müavini Teyyub Cabbarov avqustun 17-də Qusar şəhərində Qusar və Quba rayonlarından olan vətəndaşları qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, qəbuldan əvvəl “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov və Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstəsi düzüblər.

Qusar şəhəri Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Qusar və Quba rayonlarından 39 nəfər iştirak edib. Vətəndaşların müraciətləri içməli su təchizatı və tullantı sularının axıdılması xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı olub. 

Müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.