“Azərsu” sədrinin müavini Qusarda qəbul keçirəcək

azersu-sedrinin-muavini-qusarda-qebul-kecirecek
Oxunma sayı: 1287

Avqustun 17-də “Azərsu” sədrinin I müavini Teyyub Cabbarov Qusar şəhərində Qusar və Quba rayonlarından olan vətəndaşları qəbul edəcək.

ASC-dən “Qafqazinfo”ya verilən məlumata görə, qəbul saat 10:00-dan başlayaraq Qusar şəhəri, Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbulda COVID-19 xəstəliyinə qarşı 3-cü doza (buster doza) ilə peyvənd olunmuş, birinci və ikinci dozadan tələb olunan müddət keçməmiş, peyvəndləməyə əks göstərişi olan, xəstəliyə yoluxaraq immunitet sertifikatına malik vətəndaşlar iştirak edə bilər.

Vətəndaşlar qəbul üçün Qusar və Quba Sukanal Sahələrinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və [email protected] elektron poçtu vasitəsilə ilə “Azərsu”ya müraciət edə bilərlər.