“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər.
“Qafqazinfo”nun məlumatına görə, yanvarın 29-da “Azərsu” ASC-nin sədrinin birinci müavini Teyyub Cabbarov Tərtər, yanvarın 30-da isə sədr müavini Köçərli Həsənov Ağdam rayonunun sakinləri ilə görüşüb. Qəbullardan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub.
Qəbullarda Tərtər və Ağdam rayonlarından olan 39 vətəndaşın müraciət və şikayətlərinə baxılıb. Müraciətlər içməli su təchizatı və kanalizasiya, işə qəbul və digər məsələlərlə bağlı olub. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.



Son xəbərlər
Son Xəbərlər