8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətində tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, “Azərsu” ASC-nin qadın əməkdaşlarını təbrik edən Səhmdar Cəmiyyətin sədrinin birinci müavini Teyyub Cabbarov bu bayramın dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanda qeyd olunduğunu bildirib.
Milli mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanması və yaşadılmasında Azərbaycan qadınının misilsiz xidmətləri olduğunu xatırladan T.Cabbarov qeyd edib ki, Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilib. Bildirilib ki, Azərbaycan qadınının, ailəsinin qarşılaşdığı problemlərin həllində, uşaqların sağlamlığının qorunması, təhsili və tərbiyəsi sahəsində Azərbaycan Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın misilsiz xidmətləri vardır.
Tədbirdə qeyd olunub ki, müasir dövrdə gender bərabərliyinin təmin olunması istiqamətində ölkəmizdə ardıcıl və məqsədyönlü siyasət aparılır. Son illər gender siyasətinə xələl gətirən məişət zorakılığı, erkən nikah, insan alveri kimi hallarla mübarizə tədbirləri gücləndirilib. Qadınların üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirməsi və cəmiyyətdə fəal mövqe tutması yüksək qiymətləndirilib, su təsərrüfatı sektorunda mühüm nailiyyətlərin əldə edilməsində qadınların böyük əməyinin olduğunu vurğulanıb.



Son xəbərlər
Son Xəbərlər