"Qafqazinfo"xəbər verir ki, bu barədə "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Facebook-da yazıb. O bildirib ki, "Azərsu" ASC 2014-cü il üzrə maliyyə hesabatını rəsmi internet səhifəsində yerləşdirib.
"Nüfuzlu Ernst & Young audit şirkəti fəaliyyətimizə müsbət rəy verib və bilidirlib ki, "Azərsu" ASC 2014-cü ili daha yaxşı nəticələrlə başa vurub.
ASC-nin əsas fəaliyyəti budur.
Su satışı, kanalizasiya və s. xidmətindən gəlirləri 140 milyon 979 min manat olub. Bu, 2013-cü ildəkindən 4,5 faiz çoxdur. Satışın maya dəyəri 5,6 faiz azalaraq 87 milyon 991 min manat olub. Yekun əsas fəaliyyətdən mənfəət 11.4 mln manat artaraq 53 milyon manata çatıb.
Böyük məbləğli ziyan dedikdə isə bütün investisiyalar da bura daxil edilir".
Son xəbərlər
Son Xəbərlər