“Azərsun Holdinq” Şirkətlər qrupundan “Qafqazinfo”ya daxil olan məlumata görə, I Avropa Oyunlarının rəsmi dəstəkçisi olan Şirkətlər qrupu tədbirdə “Bazarstore” super marketlər şəbəkəsi və “Azərçay” ilə təmsil olunub. “Bazarstore” yarışlarını keçirildiyi arenalarda suvenirlərin, köynəklərin və digər əşyaların satışını həyata keçirib. “Azərçay” da Bakı 2015 Avropa Oyunlarının rəsmi çay tədarükçüsü olaraq bu tədbirdə öz öhdəsinə düşən işləri layiqincə yerinə yetirməyə çalışıb. “Azərsun” əməkdaşlarının fəaliyyəti şirkət rəhbərliyinin diqqətindən kənarda qalmayıb. Belə ki, “Bazarstore” və “Azərçay”ı tədbirdə təmsil edən əməkdaşlar Şirkətlər qrupunun baş direktoru tərəfindən müxtəlif mükafatlara təltif olunub.
Son xəbərlər
Son Xəbərlər