“Azərsun Holdinq” çay yığımına başladı

azersun-holdinq-cay-yigimina-basladi
Oxunma sayı: 1364

“Azərsun Holdinq”ə məxsus Masallı rayonu ərazisində salınmış yeni çay plantasiyasında ilk çay yığımı həyata keçirilib.

Holdinqin 100 hektarlıq ərazini əhatə edən və müasir suvarma avadanlıqları ilə təchiz edilmiş bu plantasiyasında ilk dəfə məhsulun toplanılması ilə əlaqədar müxtəlif media qurumlarının təmsilçiləri üçün media tur təşkil edilib. Görüşdə bildirilib ki, ölkənin ixrac potensialının artırılması üçün müxtəlif layihələr reallaşdırılır və milli markalarımızın ixracı və tanıdılmasına prioritet vəzifə kimi baxılır.

Almaniyanın “Heinemann” şirkəti ilə “Azərsun Holdinq” arasında imzalanmış müqaviləyə əsasən artıq dünyanın 50 beynəlxalq hava limanında “Azərçay” markasının satışı həyata keçirilir.