“Azərsun Holdinq” daha bir mükafata layiq görüldü

azersun-holdinq-daha-bir-mukafata-layiq-goruldu-
Oxunma sayı: 633

“Qafqazinfo”nun məlumatına görə, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi, ticarət nümayəndəliyi və Azərbaycan-Rusiya əməkdaşlıq palatasının təşkilatçılığı ilə təşkil olunan tədbirdə milli məclisin üzvləri, ictimaiyyət və biznes nümayəndələri iştirak edib. Azərbaycanın qida sektorunda aparıcı şirkət olan “Azərsun Holdinq” Rusiya-Azərbaycan iqtisadi əlaqələrinin inkişafına, sərmayə qoyuluşlarına və aktiv sosial fəaliyyətinə görə “Proqress” mükafatına layiq görülüb.

Qeyd edək ki, hazırda “Azərsun Holdinq”in istehsalı olan bütün ərzaq məhsulları Rusiyaya ixrac olunur. Bunlardan “Azerçay”, “Maryam”, “Final”, “Kuban” və s. çay markalarına, “Bizim tarla” konserv məhsullarına Rusiya istehlakçıları tərəfindən böyük təlabat var.