“Azərsun Holdinq” yeni loqosu- - Foto

azersun-holdinq-yeni-loqosu-
Oxunma sayı: 1626


Fəaliyyətə başlamasının 24-cü ilinə qədəm qoyan “Azərsun”un yeni brend nişanı üzərində olan 19 ulduz istisna olmaqla əvvəlki nişandan köklü şəkildə fərqlənir.

Yeni brend nişanının əsasını böyük “A” hərfi təşkil edir ki, bu da “Azərsun” sözünü ifadə edir. Hərfin üzərində dövrə edən dairələrisə özündə brendin beynəlxalq, inkişafda olan və dinamik olduğunu əks etdirir. Dairələrin üzərinə həkk olunmuş 19 ulduz “Azərsun”un davranış nizamnaməsini təşkil edən qaydaların (ədalətlilik, vicdanlılıq, keyfiyyət siyasəti, dürüstlük, çeviklik və s.) sayını bildirir .