Azərsun Holdinqdə Xocalı tədbiri keçirilib

azersun-holdinqde-xocali-tedbiri-kecirilib
Oxunma sayı: 755

Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar “Azərsun Holdinq” silsilə tədbirlərə start verib.

“Qafqazinfo” xəbər verir ki, 23 fevral tarixində şirkətlər qrupunun mədəniyyət mərkəzində soyqırım qurbanların xatirəsinə həsr olunan anım tədbiri təşkil olunub. Azərbaycan Respublikası Dağlıq Qarabağ Azərbaycanlı icmasının dəstəyi ilə keçirilən tədbirdə icmanın sədri və Şuşa rayon icra hakimiyyətinin sədri Bayram Səfərov çıxış edib, Xocalı faciəsi haqqında, bu faciənin dünyada tanıdılması və soyqırım kimi qəbul edilməsi istiqamətində aparılan işlər barədə məlumat verib, bu istiqamətdə aparılan fəaliyyətlərdə Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" beynəlxalq kampaniyasının rolunu xüsusi qeyd edib.

Tədbirdə çıxış edən “Azərsun Holdinq” ictimaiyyətlə əlaqələr və biznesin inkişafına dəstək departamentinin müdiri Afiq Səfərov bu cür məlumatlandıra aksiyaların məhz ölkə xaricində təbliğinin xüsusi rolunu qeyd edərək, şirkətlər qrupunun da bu tədbirləri hər zaman dəstəklədiyini bildirib. Mərasimdə müəllif Enurə Abdullayevanın "Əsgər Papağı" film-tamaşası Bakı "Kölgə" teatrı tərəfindən nümayiş olunub.