“Azərsun Holdinq”dən Ramazan bayramı aksiyası - Fotolar

azersun-holdinqden-ramazan-bayrami-aksiyasi
Oxunma sayı: 1077

“Azərsun Holdinq” Ramazan bayramı ilə əlaqədar sosial layihə həyata keçirib.

“Qafqazinfo” xəbər verir ki, bayram münasibətilə şirkətlər qrupu əməkdaşları Nizami Rayon İcra Hakimiyyəti ilə birgə sözügedən rayonda qeydiyyatda olan şəhid və müharibə iştirakçıları, aztəminatlı ailələri ziyarət edib, öz istehsal etdiyi məhsullardan hazırlanmış bayram bağlaması hədiyyə edib.

Aksiya İmişli rayonu, Saray qəsəbəsi və Masazır, Novxanı kəndində də davam edib. Yüzlərlə aztəminatlı, şəhid və qazi ailələri ziyarət olunub, bayram bağlaması hədiyyə edilib.

Fəaliyyəti dövründə müxtəlif dövlət qurumları və təşkilatlarla əməkdaşlıq edən “Azərsun Holdinq” bu dəfə “Asan Könüllüləri” təşkilatı ilə birgə Ramazan bayramı aksiyasını davam etdirib, yüzlərlə eyni kateqoriyadan olan ailələr bayram sovqatı ilə ziyarət olunub.