“Qafqazinfo” xəbər verir ki, bu laboratoriyada keyfiyyətinə nəzarət edilən yağ məhsullarının yüksək gigiyenik tələblərə uyğun olaraq, ən son texnologiyalarla hazırlandığını əyani şəkildə görmək üçün ölkəmizdə fəaliyyət göstərən KİV nümayəndələri “Azərsun Sənaye Parkı”nda yerləşən Yağ Emalı Fabrikini ziyarət ediblər. Burada mətbuat nümayəndələrinə Xam yağın qəbulu, rafinləşdirmə bölmələrindən, marqarin paketləmə və digər sahələr barədə geniş məlumat verilib, “Azərsun Holdinq”ə məxsus yağ fabriklərində istehsal edilən qida yağlarının artıq ölkə hüdudlarından kənarda da böyük rəğbət qazandığı bildirilib.
Bundan əlavə media nümayəndələrinə bildirilib ki, Bakı Yağ fabrikində istehsal edilən “Super Sun” yağları Milli Kulinariya Komandamızın beynəlxalq festivallarda və yarışlarda əldə etdiyi uğurlu nəticələrdə də çox böyük rol oynayıb, “Zeytun bağları” markası isə artıq Abşeron zeytunun şöhrətini ölk hüdudlarından kənara çıxarmağı bacarıb. Qeyd edək ki, “Azərsun Holdinq”ə məxsus fabriklərdə istehsal olunan bu məhsullar yağa olan ölkə daxili tələbatı ödəməklə bərabər həm də Azərbaycanın ixrac potensialının yüksəlməsinə böyük töhvə verir.
Son xəbərlər
Son Xəbərlər