“Azərsun Sənaye Parkı”nda baş verən yanğın məhdudlaşdırıldı - Video

azersun-senaye-parkinda-bas-veren-yangin-mehdudlasdirildi
Oxunma sayı: 5092

“Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğın məhdudlaşdırılıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə FHN-in yaydığı məlumatda bildirilir.

Qeyd olunub ki, ümumilikdə təqribən 5000 kv.m sahədə baş vermiş yanğın 4000 kv.m sahədə söndürülüb, qalan hissənin söndürülməsi və soyutma işləri davam etdirilir:

“Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlər, o cümlədən yanğınsöndürmə qüvvələrinin peşəkar və fədakar fəaliyyəti sayəsində Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğın məhdudlaşdırılıb. Əlavə məlumat veriləcək”.

Həmçinin oxuyun: “Adore Kompani” məhkəməyə verildi