Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşəbbüsü ilə reallaşdırılan layihədə ölkəmizdə fəaliyyət göstərən 20-dən artıq rəssamlıq studiyaları, incəsənət məktəbləri ilə yanaşı Fransa, Fələstin, Koreya, İordaniya, Belarusiya, Misir, Mərakeş və bir çox ölkələrdən uşaqların əl işləri də bu möhtəşəm yaradıcılıq festivalında nümayiş olunub. Müsabiqəyə uşaq və yeniyetmələrin təsviri sənətin bütün janrları üzrə yaratdıqları müxtəlif ölçülü əl işləri təqdim olunub və onların arasından ən yaxşıları seçilərək mükafatlandırılıb.
Tədbirdə iştirak edən “Azərsun Holdinq”in İctimaiyyətlə Əlaqələr və Biznesin İnkişafına Dəstək departamentinin müdiri Afiq Səfərov çıxışı zamanı təmsil etdiyi şirkətin bu cür layihələrə həmişə dəstək verdiyini bildirib və gələcəkdə gənc rəssamlarımızın əsərlərinin başqa ölkələrdə sərgilənəcəyinə də inandığını söyləyib.