“Azərsu”yun daha bir əməkdaşı iş yerində intihar etdi

azersuyun-daha-bir-emekdasi-is-yerinde-intihar-etdi
Oxunma sayı: 4947

Saatlı rayonunda intihar hadisəsi baş verib.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, rayonun Yeni Novruzlu kəndi ərazisində 4 nömrəli Regional Sukanal İdarəsinə aid otaqda həmin idarənin əməkdaşı - 62 yaşlı Rzaxan Alışov intihar edib.

Faktla bağlı Saatlı Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, 4 nömrəli Regional Sukanal İdarəsi "Azərsu" ASC-nin strukturuna daxildir.

Xatırladaq ki, ötən ay daha bir "Azərsu" əməkdaşı iş yerində intihar etmişdi. Belə ki, 1987-ci il təvəllüdlü Elxan Quliyev çalışdığı iş yerində - Səbail rayonu ərazisində yerləşən Su Kanal İdarəsində intihar özünə qəsd edib.