“Azərsu”yun maşını ağır qəza törətdi - Ölən var

“Azərsu”yun maşını ağır qəza törətdi
Oxunma sayı: 2387

"Azərsu" ASC-yə məxsus avtomobil ağır qəza törədib.

"Qafqazinfo" xəbər verir ki, hadisə ötən gün Hacıqabul rayonunun Muğan qəsəbəsi ərazisində baş verib.

Belə ki, qəsəbələrarası su xətlərinin çəkilməsi ilə əlaqədar ərazidə işləyən ASC-nin əməkdaşı Əliəkbər Şıxıyevin idarə etdiyi "QAZ 330232" markalı avtomobili geriyə hərəkət edən zaman 68 yaşlı Atlas Əsədovanı vurub. Piyada aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.