Bu gün Azərbaycanın ilk milli xəbər agentliyi - AZƏRTAC fəaliyyətə başlamasının 96-cı ili tamam olur.
“Qafqazinfo” xəbər verir ki, agentlik 1920-ci ildə yaradılıb. Hazırda AZƏRTAC regionda fasiləsiz olaraq 24 saat ərzində 7 dildə informasiya, 5 dildə videoxəbər yayan yeganə agentlikdir və 40-dək ölkənin milli informasiya agentlikləri ilə əməkdaşlığa dair müqavilələr imzalayıb. O, bir sıra beynəlxalq media qurumlarının, eləcə də 100-dək mötəbər xəbər agentliyini birləşdirən Dünya Xəbər Agentlikləri Konqresinin, dünya üzrə bütün informasiya axınının üçdə iki hissəsini təmin edən Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının üzvüdür.
AZƏRTAC-ın 21 xarici ölkədə, eləcə də respublikanın bütün bölgələrində müxbir məntəqələri fəaliyyət göstərir.
Son xəbərlər
Son Xəbərlər