“Azərxalça”ya 2,4 milyon manat ayrıldı

azerxalcaya-24-milyon-manat-ayrildi
Oxunma sayı: 1052

Prezident İlham Əliyev “İsmayıllı rayonunda yeni xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, İsmayıllı rayonunda yeni xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə 2,4 milyon manat ayrılıb.

Xatırladaq ki, avqustun 25-də Prezident İlham Əliyevin iştirakı ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İsmayıllı filialı açılıb.