“Azəryol” “Lokomotiv”ə qalib gəldi

azeryol-lokomotive-qalib-geldi
Oxunma sayı: 770

Qadın voleybol komandaları arasında Azərbaycan Super Liqası çərçivəsində növbəti oyun keçirilib.

Qafqazinfo” xəbər verir ki, Azərbaycan Voleybol Mərkəzində “Lokomotiv” komandası “Azəryol”u qəbul edib.

Görüş “Azəryol”un 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Hesabında 24 xal olan “Telekom” turnir cədvəlində liderliyini davam etdirir. “Azərreyl” 19 xalla ikinci, “Azəryol” isə 16 xalla üçüncü pillədə qərarlaşıb.