Martın 28-də Bakı İdman Sarayında qadın voleybol komandaları arasında Azərbaycan Super Liqası yarışlarının yarımfinal mərhələsinin cavab oyunu keçirilib.
“Qafqazinfo” xəbər verir ki, “Azəryol” komandası “Azərreyl”i qəbul edib. Gərgin idman mübarizəsi şəraitində keçən görüş “Azəryol” komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandalar arasında keçirilən ilk oyunda “Azərreyl” komandası qalib gəlmişdi – 3:1. Beləliklə, finala adlayan komanda martın 30-da keçiriləcək üçüncü oyundan sonra müəyyənləşəcək.
Son xəbərlər
Son Xəbərlər