Azı 560 nəfər son həftələrdə Banqladeşdə baş verən etirazların, iğtişaşların və qarşıdurmaların qurbanı olub.
Bu barədə “Qafqazinfo” “Prothom Alo” portalına istinadən xəbər verir.
Xatırladaq ki, avqustun 5-də Banqladeşin Baş naziri Şeyx Hasina etirazlar fonunda istefa verib. O, ölkəni tərk edərək Hindistana qaçıb.
Bu gün isə xəbər verilib ki, Nobel mükafatçısı Məhəmməd Yunus Banqladeşin müvəqqəti hökumətinə rəhbərlik edəcək. 84 yaşlı banqladeşli bankir açıqlama verərək ölkəyə avqustun 8-i gələcəyini deyib və əlavə edib ki, keçid dövründən sonra hökumətdə qalmaq fikri yoxdur.