“Azinko Holdinq” də Prezidentin çağırışına qoşuldu

azinko-holdinq-de-prezidentin-cagirisina-qosuldu
Oxunma sayı: 3165

Azərbaycanın aparıcı tikinti şirkətlərindən olan “Azinko Holdinq” MMC yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərini vaxtında və geniş şəkildə həyata keçirən qabaqcıl şirkətlər sırasındadır.

"Qafqazinfo" xəbər verir ki, bu məqsədlə Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı əsasında yaradılmış Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fonduna “Azinko Holdinq” tərəfindən 100 000 manat köçürülüb.

Qlobal pandemiyaya çevrilmiş təhlükəli xəstəliklə mübarizə üçün sosial həmrəyliyin nümayiş etdirilməsini zəruri hesab edən şirkət, bütün vətəndaşları dövlətin koronavirusla mübarizə istiqamətində həyata keçirdiyi qabaqlayıcı tədbirlərə dəstək olmağa çağırır.