“AzInTelecom” tərəfindən “Microsoft” lisenziyalarının verilməsi davam edir

“AzInTelecom” tərəfindən “Microsoft” lisenziyalarının verilməsi davam edir
Oxunma sayı: 720

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC və “Microsoft” şirkəti arasında imzalanan əməkdaşıq sazişinə əsasən, ali təhsil müəssisələri və dövlət qurumlarının “Microsoft” lisenziyaları ilə təmin edilməsi istiqamətində işlər davam etdirilir. 

"Qafqazinfo" xəbər verir ki, məqsəd ölkəmizdə əqli mülkiyyət hüquqlarının qorunması və innovasiya ekosisteminin inkişaf etdirilməsidir.

“AzInTelecom” cari ayın əvvəlindən ali təhsil müəssisələrinə “Microsoft” lisenziyalarının ödənişsiz verilməsinə başlayıb. Artıq 46 ali təhsil müəssisəsi və 379 tələbə tərəfindən “Windows 10 Education” və “Office 365 Education” proqram təminatlarının lisenziyaları istismar olunur.

Qeyd edək ki, hazırda tələbələr “www.edulicense.az” saytına daxil olaraq rahat şəkildə qeydiyyatdan keçib lisenziyanı heç bir ödəniş etmədən əldə edə bilərlər. Bu da ümumilikdə ölkə üzrə lisenziyalı proqram təminatı istifadəçilərinin sayının artımına gətirib çıxaracaqdır.

Sözügedən saziş çərçivəsində təkcə ali təhsil müəssisələrində deyil, həm də dövlət sektorunda lisenziyaların verilməsi işləri davam etdirilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi