“AzInTelecom”da təcrübə keçərək iş imkanı qazanmaq istəyənlərin nəzərinə!

azintelecomda-tecrube-kecerek-is-imkani-qazanmaq-isteyenlerin-nezerine
Oxunma sayı: 1262

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tələbə və məzunların karyera inkişafına dəstək olmaq məqsədilə növbəti təcrübə proqramına start verir.

“Qafqazinfo” xəbər verir ki, təcrübə proqramının 2023-cü ildə 2 ay müddətində keçirilməsi nəzərdə tutulub.

Şirkət tərəfindən tələbə və məzunlara aşağıdakı sahələr üzrə təcrübə və iş imkanları təklif edilir:

- Maliyyə nəzarəti və vergilər;

- Mühasibatlıq;

- Büdcə və hesabatlılıq;

- İnformasiya təhlükəsizliyi;

- Məhsul və xidmətlər;

- Marketinq;

- Müştərilərlə əlaqələr (Zəng mərkəzi);

- Keyfiyyətə nəzarət;

- Hüquq;

- Sənədlərə nəzarət (kargüzarlıq);

- Təchizat zəncirinin idarə olunması;

- İnformasiya texnologiyaları;

- Elektrik mühəndisliyi və ya avtomatlaşdırma.

Proqrama ölkə daxilində təhsil almış bakalavr və ya magistr dərəcələri üzrə sonuncu kurs tələbələri, eləcə də yeni məzun olmuş şəxslər müraciət edə bilərlər. Təcrübə proqramını uğurla bitirən iştirakçılar şirkət tərəfindən işlə təmin olunmaq şansı əldə edəcəklər.

Proqramda iştirak etmək istəyən şəxslərdən 20 iyul 2023-cü il tarixinədək [email protected] ünvanına CV və motivasiya məktubu göndərmələri xahiş olunur. Müraciət edərkən mövzu bölməsinə “Təcrübə proqramı” və seçilən sahənin qeyd edilməsi mütləqdir (Məs.: “Təcrübə proqramı”, Hüquqşünaslıq).

Qeyd edək ki, ötən illərdə “AzInTelecom” MMC tərəfindən keçirilən təcrübə proqramına böyük maraq olub. Ötən il 2000-dən çox gənc proqramda iştirak üçün müraciət edib. Onlardan 46 nəfər şirkətdə təcrübə keçmək şansı qazanıb. Proqramın sonunda bilik və bacarıqları ilə seçilən 19 nəfər “AzInTelecom” MMC-də işlə təmin edilib. 2021-ci ildə isə təcrübə keçən şəxslər arasında fərqlənən 21 nəfər işə qəbul olunub.