Azislə Ayan bir səhnədə

azisle-ayan-bir-sehnede
Oxunma sayı: 3402


"Qafqazinfo”nun məlumatına görə,  iyulun 25-də tanınmış restoranların birində baş tutacaq konsert proqramında bolqarıstanlı müğənni səhnəni müğənni Ayan Babakişiyeva ilə bölüşəcək. 

Konsert haqda açıqlama verən təşkilatçı Samir Xəttab bildirib ki, bolqar popçu ilə Ayanın səhnə performansının uğurlu alınacağına inanır. 

Konsertə hazırlaşan Babakişiyeva isə bildirib ki, həmin gün bayrama çevriləcək: 

“İmici ilə fərqlilik yaradan Azis bu konsertdə tamaşaçıları təəccübləndirəcək yeganə ifaçı olmayacaq. Möhtəşəm şou, qeyri-adi geyimlərim və səhnə görüntüləri hazırlanır. Stilim artıq müəyyən olunub. Amma bunu indi açıqlamayıb, konsert günü üzərimdə göstərəcəm. Azis səsini dinləyib, bəyəndiyim ifaçıdır. Onunla səhnəni məmnuniyyətlə paylaşıb, əsl şou yaradacağımıza əminəm”.

Könül