Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) aprel döyüşlərinin üçüncü ildönümü ilə əlaqədar tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, AzMİU-nun rektoru, professor-müəllim heyəti, tələbələri və qazilərin iştirakı ilə baş tutan tədbirdə çıxış edən aprel döyüşlərinin iştirakçısı, baş leytenant Əhliyyət Mehdiyev 2016-cı ilin aprel ayında cəbhə xəttində baş vermiş hadisələri təhlil edib, Aprel zəfərini Azərbaycan əsgərinin qəhrəmanlıq salnaməsi adlandırıb. O vurğulayıb ki, həmin hadisələr əsgərlərimizin döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirib.
Aprel döyüşlərinin iştirakçısı, qazi Hikmət Məmmədov şəhidlərin xatirəsinin daim əziz tutulduğunu və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələnməsində hər bir şəhidin şücaətinin bir nümunə olduğunu diqqətə çatdırıb. O, gənclərə şəhid ailələrinə, onların doğmalarına həssaslıqla yanaşmağı, daim onlara mənəvi dəstək göstərməyi tövsiyə edib, sosial şəbəkələrdə fəallıq göstərərək qəhrəmanlarımızı xalqa tanıtmağa, onlar haqqında daha çox paylaşımlar etməyə çağırıb.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova çıxışında tədbirdə iştirak edən qazilərə təşəkkürünü bildirib, tədbirin keçirilməsində əsas məqsəqin yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsinə töhfə vermək olduğunu diqqətə çatdırıb: “Azərbaycanın müasir hərb tarixinin zəfər səhifəsi sayılan aprel döyüşlərinin üçüncü ildönümünə həsr olunmuş bu tədbir, burda qazilərimizin, tələbələrimizin çıxışları göstərir ki, gənclərimiz Aprel döyüşlərində qazanılan qələbələrdən çox ruhlanıb, bu döyüşlərdə həlak olmuş əsgərlərimizin qəhrəmanlığı ilə fəxr edib qürur hissi keçirir”.
Son xəbərlər
Son Xəbərlər